• 27 İyul 2024
logo
Putin bu şansı verdi, Priqojin bacarmadı

Putin bu şansı verdi, Priqojin bacarmadı

"Vaqner"in rəhbəri Yevgeni Priqojin Baxmutu ələ keçirmək üçün uğursuz cəhdlərindən sonra Rusiya Prezidenti Vladimir Putinin gözündə etibarını itirməyə başlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Priqojinin ulduzu Baxmutu təkbaşına almaq vədini yerinə yetirə bilmədikdən sonra sönməyə başlayıb:
“Görünür, Putin Priqojin və ordu generalı Surovikindən Ukrayna və onun qərbli tərəfdarlarının müharibə iradəsini qırmaq üçün səylərini davam etdirmələrini istəyib. Putin onlara bir tərəfdən səfərbər edilmiş məhbuslarla, digər tərəfdən isə hava hücumu ilə nə edə biləcəklərini göstərmək şansını verib.
Lakin hər iki cəhd uğursuz alınıb. Yüksəliş dövrü yaşayan Priqojin qərara gəlib ki, həqiqətən də ulduzu yüksəlib və o, Gerasimova, hətta Şoyquya Rusiya hərbi işlərində üstünlük əldə etmək üçün meydan oxuya bilər. Amma görünür, bu ümidlər puç olub. Bundan sonra Putin Priqojinə verdiyi dəstəyi geri götürərək, bir daha Gerasimov, Şoyqu və Rusiya hərbçilərinə arxalanmağa qərar verib.
Eyni zamanda, Rusiya lideri ötən ilin uğursuzluqlarından sonra Rusiya Müdafiə Nazirliyinin etibarını və reputasiyasını bərpa etməyə çalışır”.