• 27 İyul 2024
logo
NATO: Alyansa daxil olan ölkələr silah istehsalını...

NATO: Alyansa daxil olan ölkələr silah istehsalını...

Geosiyasi vəziyyətin gərginləşməsini nəzərə alaraq Şimali Atlantika Alyansına daxil olan ölkələr silah istehsalının artırılmasının qayğısına qalmalıdırlar.
Baymedia.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibinin müşaviri Anqus Leypsli deyib.
“Müdafiə məqsədlərimizi mümkün qədər tez həyata keçirmək problemi ilə üz-üzəyik. Bunun üçün həm NATO, həm də AB hərbi texnika sənayesinin imkanlarına - raketlər, tanklar, pilotsuz uçuş aparatlarına, eləcə də onun maliyyələşdirilməsinə daha çox diqqət yetirməlidir”, - o bildirib.