• 20 İyun 2024
logo
Almaniya yezidi soyqırımını tanıdı

Almaniya yezidi soyqırımını tanıdı

Almaniya parlamentinin aşağı palatası Bundestaq 2014-cü ildə İraqda İŞİD yaraqlıları tərəfindən yezidilərə qarşı törədilmiş qətliamı soyqırım elan edib.
Baymedia.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
"Qətnamədə İŞİD yaraqlılarının “yezidi icmasını tamamilə məhv etmək niyyəti ilə” törətdiyi “təsviri mümkün olmayan vəhşiliklər” və “zalım ədalətsizliyi” pislənir. Eyni zamanda, Almaniya məhkəmə sistemini ölkədə şübhəli şəxslərə qarşı cinayət işlərini davam etdirməyə, hökuməti isə İraqdakı cinayətlərə dair dəlilləri toplamaq üçün maliyyə dəstəyini artırmağa və dağılmış yezidi icmalarının bərpasına kömək üçün maliyyəni artırmağa çağırır", -məlumatda deyilr.