• 21 İyun 2024
logo
Türkiyə ilə çox məhsuldar dialoq aparılır - Blinken

Türkiyə ilə çox məhsuldar dialoq aparılır - Blinken

Finlandiya və İsveç NATO-ya üzvlük məsələlərində Türkiyə ilə çox məhsuldar dialoq aparırlar.

Baymedia.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Türkiyə, Finlandiya və İsveçi əhatə edən danışıq prosesi var. Düşünürəm ki, bu proses Türkiyənin öz təhlükəsizliyi ilə bağlı ifadə etdiyi narahatlıqların aradan qaldırılması baxımından çox məhsuldardır. Həm Finlandiya, həm də İsveç bu narahatlıqları həll etmək üçün əhəmiyyətli addımlar atıb", - o bildirib.

Blinken qeyd edib ki, alyans Türkiyə, Finlandiya və İsveç arasında gedən prosesin daha da irəliləməsini və bunun sürətlənməsini gözləyir.