• 21 İyun 2024
logo
Kreml müdafiə sənayesi işinə məhkumları cəlb edir

Kreml müdafiə sənayesi işinə məhkumları cəlb edir

Rusiya müdafiə sənayesi müharibə zamanı istehsalın ehtiyaclarını ödəmək üçün məhbus əməyindən istifadə edəcək.
Baymedia.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Qeyd olunur ki, 2022-ci ilin noyabrında Rusiyanın ən böyük tank istehsalçısı olan “Uralvaqonzavod” yerli mediaya Federal Penitensiar Xidmət ilə görüşdən sonra 250 məhbusu işə cəlb edəcəyini bildirib:
“Rusiyada məhbus əməyindən istifadə ənənəsi var, lakin 2017-ci ildən məcburi əmək ayrıca cinayət cəzası kimi yenidən tətbiq edilib. Hazırda məhkumlar Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukraynadakı müharibəsinin dəstəklənməsi üçün unikal insan resursudur”.