• 21 İyun 2024
logo
Qəzvin əyalətində qazın verilişi dayandırıldı

Qəzvin əyalətində qazın verilişi dayandırıldı

Güney Azərbaycanın Qəzvin əyalətinin əksər bölgələrində havaların soyuq olmasına baxmayaraq, qazın verilişi dayandırılıb.

Baymedia.az xəbər verir ki, bununla əlaqədar Qəzvin əyaləti Qaz Şirkəti abunəçilərə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda axşam saat 18:00-dan səhər saat 09:00-a kimi qazın verilişinin dayandırılacağı bildirilib.

Qeyd edək ki, son günlər İranın neft-kimya, polad, sement və elektrik stansiyaları sənayeləri ilə yanaşı 840 dövlət, ictimai təşkilat və mərkəzə, eləcə də Qərbi Azərbaycan əyalətinin 14 dövlət idarəsinə qaz verilişi dayandırılıb.