• 27 İyul 2024
logo
Paşinyan Qaribaşvili ilə görüşdü

Paşinyan Qaribaşvili ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin görüşü olub.

Baymedia.az xəbər verir ki, bu barədə N.Paşinyan Feysbuk səhifəsində yazıb.

O bildirib ki, gürcü həmkarı ilə xüsusi söhbəti olub:

“Ermənistanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasından əvvəl İrakli Qaribaşvili ilə xüsusi söhbət etdik”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Ermənistanda işgüzar səfərdədir. O, yanvarın 12-də hökumətlərarası komissiyanın iclasına qatılıb.