• 21 İyun 2024
logo
Rus hərbçilər hərbi hissədən qaçdılar

Rus hərbçilər hərbi hissədən qaçdılar

Belarusun paytaxtı Minsk yaxınlığında rusiyalı hərbçilər hərbi hissədən qaçıblar.

Baymedia.az xəbər verir ki, bu barədə “Belsat” məlumat yayıb.

Məlumata görə, hərbçilərin saxlanılması məqsədilə yollara blokpostlar qoyulub.

Hərbçilərin silahlı olduqları bildirilir. Şəhər əhalisinə diqqətli olmaq çağırışı edilib.