• 16 İyun 2024
logo
Rusiyada tələbələr hərbi komissarlığı yandırmaq istədi

Rusiyada tələbələr hərbi komissarlığı yandırmaq istədi

FTX əməkdaşları Rostov Donda hərbi komissarlığı yandırmaq niyyətində olan üç nəfəri saxlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

“Saxlanılanlar arasında Mühəndislik Texnologiyaları Kolleci və İdarəetmə, Biznes və Hüquq İnstitutunun tələbələri olan 21 və iki 17 yaşlı oğlan da var. Şübhəlilər “Molotov kokteyli”nin köməyi ilə hərbi komissarlığın binasını yandırmaq istəyiblər, lakin planlarını həyata keçirməyə vaxt tapmayıblar”, - məlumatda deyilir.