• 27 İyul 2024
logo
Ukrayna xalqının taleyi ABŞ-ı narahat etmir - Antonov

Ukrayna xalqının taleyi ABŞ-ı narahat etmir - Antonov

ABŞ-ın son addımları, o cümlədən Kiyevə yeni hərbi yardım paketi ayırması qərarı Vaşinqtonun Ukraynada siyasi nizamlama istəyinin olmamasına işarədir.

Baymedia.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

"Hazırkı münaqişənin uzanmasına görə kimin məsuliyyət daşıdığına kimsə şübhə etməməlidir. ABŞ administrasiyasının bütün hərəkətləri onların siyasi tənzimləmə istəyinin olmamasından xəbər verir”, - o bildirib.

Səfir Milad üçün elan edilən birtərəfli atəşkəsin də nəfəs almaq cəhdi olduğunu qeyd edib:

“Bütün bunlar Vaşinqtonun bizimlə son ukraynalıya qədər vuruşmaqda qərarlı olduğu anlamına gəlir. Ukrayna xalqının taleyi amerikalıları qətiyyən narahat etmir”.