• 20 İyun 2024
logo
Mişaya görə bu gün 14 ölkədə aksiya keçiriləcək

Mişaya görə bu gün 14 ölkədə aksiya keçiriləcək

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək məqsədilə bu gün dünyanın 14 ölkəsində #SaveMisha beynəlxalq aksiyası keçiriləcək.

Baymedia.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mark Feyqin, eyni zamanda Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç mediaya açıqlamasında deyiblər.

Mitinq və piketlər Gürcüstanın Nyu York, Vaşinqton, London, Berlin, Münhen, Frankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, Börn, Sofiya, Barselona, Afina və Təl-Əvivdəki konsulluq və səfirliklərinin qarşısında baş tutacaq.

Aksiya həm də Gürcüstanda keçiriləcək. Saakaşvilinin tərəfdarları saat 18:00-da Tiflis, Batumi, Zuqdidi, Rustavi, Qori və Telavidə toplanacaqlar.