• 23 İyun 2024
logo
Medvedçuk Rusiyaya bu ölkədə təhvil verilib

Medvedçuk Rusiyaya bu ölkədə təhvil verilib

Ötən ilin sentyabrında Rusiya ilə Ukrayna arasında 200 məhbusun mübadiləsi çərçivəsində Viktor Medvedçukun və “Azov” batalyonunun beş komandirinin təhvil verilməsi Ankara hava limanında baş tutub.
Baymedia.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.
Məlumata görə, mübadilə ilə bağlı danışıqlar Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Ankaradakı baş qərargahında aparılıb:
“Mübadilə baş verən gün Türkiyənin Esenboğa hava limanına Rusiya və Ukraynadan olan təyyarələr gəlib. Medvedçuk Ukrayna, Azov komandirləri isə Rusiya laynerində olublar. Təyyarələr yerə endikdən sonra Ukrayna nümayəndələri türk kəşfiyyatçılarının müşayiəti ilə Rusiya təyyarəsinə, ruslar isə Ukrayna təyyarəsinin salonuna miniblər. Mübadilə problemsiz həyata keçirilib. Azov təmsilçiləri o vaxtdan Türkiyədə qonaq kimi olublar. Medvedçukun harada olduğu barədə məlumat verilmir".