• 16 İyun 2024
logo
İsrail Dəməşq hava limanını vurdu: 2 əsgər həlak oldu

İsrail Dəməşq hava limanını vurdu: 2 əsgər həlak oldu

İsrail Suriyanın Dəməşq hava limanına zərbələr endirib.

Baymedia.az xəbər verir ki, bu haqda Suriya rejiminə bağlı mətbuat məlumat yayıb.

İlkin məlumata görə, hücum nəticəsində iki rejim əsgəri həlak olub, yaralılar var.

Həmçinin hava limanının fəaliyyətinin dayandırıldığı bildirilir.