• 20 Aprel 2024
logo
Tramp olmasa, mən hazıram - Bolton

Tramp olmasa, mən hazıram - Bolton

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton 2024-cü ildə keçiriləcək seçkisində ABŞ prezidenti postuna namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

“Əgər respublikaçılar prezidentliyə namizəd Trampı istəməsələr, mən namizədliyimi verməyə hazıram”, - o bildirib.

Qeyd edək ki, Bolton 2018-2019-cu illərdə Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb.