• 27 Aprel 2024
logo
Bu da müdafiə nazirimiz: zəif, ruhsuz, məğlub - Hraparak

Bu da müdafiə nazirimiz: zəif, ruhsuz, məğlub - Hraparak

Əsgərlə adi əl sıxmasından anlaya bilərsiniz ki, müdafiə naziriniz güclü fiqurdur, ölkənin təhlükəsizliyi etibarlı əllərdədir, ya yox. Bu, Ermənistan müdafiə nazirinin əsgərlə çəkdirdiyi ilk şəkli deyil. Hər dəfə onun ordu ilə çəkdirdiyi fotolar adamı düşündürür: doğrudanmı bu şəxsdə güc, enerji yoxdur? Keçmiş müdafiə nazirlərinin əsgərlərlə ünsiyyətini görəndə bunu daha böyük məyusluqla hiss edirsiniz.
Baymedia.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistan müdafiə naziri Suren Papikyanın əsgərlərlə görüşlərində ruhsuz olmasını tənqid edərkən yazıb.
Qeyd olunur ki, Suren Papikyan hərbçilərlə görüşlərində zəif, etibarsız, məğlub görünür:
“Bəlkə xəstəsiniz, soyuqlamısınız, cənab nazir?”