• 27 Yanvar 2023
logo
ABŞ senatorları Ukraynaya görə gizli brifinq keçirəcək

ABŞ senatorları Ukraynaya görə gizli brifinq keçirəcək

ABŞ senatorları dekabrın 7-də Ukraynaya yardımın artırılmasını müzakirə etmək üçün gizli brifinq keçirəcəklər.
Baymedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, görüş Ağ Evin Kiyevə daha 37 milyard dollar ayırmaq təklifi fonunda keçiriləcək. Bu vəsaitlər isə ilin sonunda birləşdirilmiş qanun layihəsinə daxil edilə bilər. Ona görə hökumətin maliyyələşdirilməsi üçün layihə dekabrın 16-dək təsdiq olunmalıdır.