• 19 Mart 2024
logo
Kabildə məsciddə partlayış: 5 ölü

Kabildə məsciddə partlayış: 5 ölü

Əfqanıstanın paytaxtı Kabildə cümə günü məsciddə partlayış baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.
Qeyd edilir ki, partlayış keçmiş baş nazir Gülbəddin Hikmətyarın rəhbərlik etdiyi Əfqanıstan İslam Partiyasının ofisində yerləşən məsciddə baş verib.
Məlumata görə, hadisə nəticəsində partiyanın 2 mühafizəçisi və 3 terrorçu ölüb.