• 20 Aprel 2024
logo
Rusiya ordusu bu şəhərdən çıxır

Rusiya ordusu bu şəhərdən çıxır

Rusiya hərbçiləri Zaporojye vilayətinin Poloqi şəhərindən çıxmağa başlayıb.
Baymedia.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.
Onun sözlərinə görə, ruslar hospital və administrasiyanı Mariupola köçürürlər.
“Yaxın vaxtlarda bu cəbhədən Ukrayna qoşunlarının hücumlarının olacağını dərk edərək, ruslar qaçmağa başlayırlar. Hərəkət istiqaməti kifayət qədər konkretdir - hamı Mariupola doğru gedir”, - Svitan bildirib.