• 5 Dekabr 2023
logo
Ukrayna yüz mindən çox əsgər itirib - Leyen

Ukrayna yüz mindən çox əsgər itirib - Leyen

Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri Ukrayna 100 mindən çox hərbçi itirib.

Baymedia.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

“AB-nin hesablamalarına görə, Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyatı zamanı Ukrayna tərəfinin mülkü şəxs itkiləri isə 20 mindən çoxdur”, - Leyen bildirib.

Onun sözlərinə görə, fevralın 24-də başlayan genişmiqyaslı hərbi əməliyyatlardan bəri Ukraynaya 600 milyard dollardan çox ziyan dəyib.