• 27 Mart 2023
logo
Pakistanda dəhşətli partlayış: ölü və yaralılar var

Pakistanda dəhşətli partlayış: ölü və yaralılar var

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində partlayış törədilib.

Baymedia.az xəbər verir ki, bu barədə yerli GEO telekanalı məlumat yayıb.

Partlayış zamanı 3 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi bildirilir.

Kvetta şəhər polisinin rəsmisi Abdul Həqq Umxani yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.