• 5 Fevral 2023
logo
İran BMT-nin bu komissiyasından çıxarılır

İran BMT-nin bu komissiyasından çıxarılır

Dekabrın 14-də İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılması məsələsi səsverməyə qoyulacaq.

Baymedia.az xəbər verir ki, məsələ ilə bağlı qətnamə layihəsi ABŞ tərəfindən hazırlanıb.

“İranın siyasəti qadınların və qızların hüquqları və BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının missiyası ilə əsaslı şəkildə ziddiyyət təşkil edir. Bu layihə İranı qadınların hüquqlarını pozduğuna görə qınamaqla yanaşı, Tehranın 2022-ci ildən 2026-cı ilə qədər müddət üçün Komissiyadan çıxarılmasını tələb edir”, - qətnamə layihəsində bildirilib.

Qeyd olunub ki, BMT digər üzv dövlətlərin, o cümlədən İranın bu komissiyadan çıxarılmasına əvvəllər tərəddüd edən ölkələrin də rəylərini alıb.