• 19 Aprel 2024
logo
İran “düşmənlə əməkdaşlığa” görə cəzanı artırır

İran “düşmənlə əməkdaşlığa” görə cəzanı artırır

İran parlamentinin nümayəndələri “düşmən” adlandırılan ölkələrlə əməkdaşlıq edənlərə qarşı məhkəmə hökmlərinin ağırlaşdırılması ilə bağlı layihə hazırlayır.
Baymedia.az “Radio fərda”ya isinadən xəbər verir ki, layihə “ölkənin milli təhlükəsizlik və maraqlarına zidd hərəkətlərlə düşmən dövlətlərlə əməkdaşlıq edənlərin cəzasının gücləndirilməsi” adlanır.
Bildirilir ki, casusluq və ya düşmən dövlətlərlə ölkənin təhlükəsizliyinə və ya milli maraqlarına zidd olan əməkdaşlıq, ölüm hökmünü ehtiva edən “yer üzündə fəsad” hesab edilir.
Plan Qərb institutları və mediası ilə istənilən ünsiyyəti, eləcə də sosial şəbəkələrdəki fəaliyyətləri risk altında qoyur.