• 19 Mart 2024
logo
Rus hərbçilər ordu rəhbərliyini məhkəməyə verdi

Rus hərbçilər ordu rəhbərliyini məhkəməyə verdi

Ukraynada döyüşməkdən imtina etdikləri üçün iki həftə zirzəmidə saxlanılan rus hərbçiləri Rusiya İstintaq Komitəsindən qanunsuz həbs, adam oğurluğu və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işinin başlanmasını tələb ediblər.
Baymedia.az xəbər verir ki, bunu “Aqora” hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov deyib.
“Avqust ayında “lxr”ə döyüşmək üçün göndərilən Moskvadan olan müqaviləli əsgər Aleksandr Afonin və Pskovdan Andrey Vasilyev istintaq orqanlarına müraciət ediblər. Onlar bildiriblər ki, “lxr”ə göndərilən hərbçilər tibbi və digər yardım almadıqları üçün döyüş əməliyyatlarında iştirakdan imtina ediblər. Nəticədə hərbçilər daha 280-ə yaxın səfərbər edilmiş rusla birlikdə Zaytsevo kəndindəki zirzəmiyə salınıblar. Onlar orada iki həftə qeyri-insani şəraitdə qida olmadan saxlanılıblar. Yüksək rütbəli komandirlər onları hədələyib və psixoloji təzyiqlər ediblər”, - o bildirib.