• 27 Aprel 2024
logo
Mişanın qanında daha bir zəhərli maddə aşkarlandı

Mişanın qanında daha bir zəhərli maddə aşkarlandı

Həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tibbi müayinəsi zamanı onun orqanizmində arsen aşkarlanıb.
Baymedia.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze məlumat verib.
“Biz hələ dırnaq testlərini almamışıq, onlar bu gün gələcəklər, lakin telefonla məlum oldu ki, araşdırmalar nəticəsində daha bir zəhərli maddə - arsen aşkar edilib”, - o bildirib.
Vəkil qeyd edib ki, Saakaşvilinin vəziyyəti ağırdır və onu yerindən tərpətmək üçün xüsusi kreslo lazımdır:
“Vəziyyəti ağır olsa da, Saakaşvilinin uzun müddətdən sonra ilk dəfə olaraq sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə iclasında iştirakı gözlənilir”.