• 3 Fevral 2023
logo
“Boinq” Ukraynaya mükəmməl bombalar göndərir

“Boinq” Ukraynaya mükəmməl bombalar göndərir

“Boinq” şirkəti Ukraynaya təmas xəttindən çox kənarda zərbələr endirməyə imkan verəcək yerüstü raket sistemləri üçün dəqiq idarə olunan döyüş sursatları təklif edib.
Baymedia.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, “Boinq”in təklif etdiyi sistem “kiçik diametrli yerüstü bomba” (GLSDB) adlanır. Bu bombaların 2023-cü ilin yazına kimi Ukraynaya çatdırılacağı gözlənilir.
Agentlik bildirib ki, Pentaqon ABŞ və müttəfiqlərinin hərbi ehtiyatlarının azalması fonunda “Boinq”in təklifini öyrənir, çünki münaqişə uzandıqca Ukraynanın daha mükəmməl silahlara ehtiyacının artdığını görür.