• 4 Fevral 2023
logo
Rusiyada əhali 40 dərəcə şaxtada istiliksiz qaldı

Rusiyada əhali 40 dərəcə şaxtada istiliksiz qaldı

Rusiyanın İrkutsk vilayətinin Artyomovsk qəsəbəsində su xəttinin kəsilməsi nəticəsində bütün evlər istiliksiz qalıb.
Baymedia.az xəbər verir ki, bu barədə regionun qubernatoru İqor Kobzev məlumat verib.
“Vəziyyəti nəzarətdə saxlayırıq. Orada su xəttində qəza baş verib. Qəsəbədə fövqəladə vəziyyət elan olunub”, - Kobzev bildirib.
Onun sözlərinə görə, qəza yerində mühəndis briqadaları işləyir.
Qeyd edək ki, hazırda İrkutsk vilayətində havanın temperaturu mənfi 40 dərəcədir.