• 19 Mart 2024
logo
“Patriot”un Ukraynaya göndərilməsi ilə bağlı qərar...

“Patriot”un Ukraynaya göndərilməsi ilə bağlı qərar...

“Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilib-göndərilməməsi ilə bağlı qərarı ayrı-ayrı ölkələr verməlidir.

Baymedia.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"Konkret sistemlərlə bağlı qərarlar milli qərarlardır. Bəzən razılaşmalarda digər müttəfiqlərlə də məsləhətləşmələr aparılmalıdır. Amma sonda bu qərarı milli hökumətlər verməlidir", - Stoltenberq bildirib.

Qeyd edək ki, Almaniya Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükünü NATO ilə əlaqələndirməyə ehtiyac olduğunu bəyan edir.