• 19 Mart 2024
logo
İsveçdən Ankaraya mesaj: Bu, üçtərəfli anlaşma deyil...

İsveçdən Ankaraya mesaj: Bu, üçtərəfli anlaşma deyil...

Düzünü desəm, bu, üçtərəfli anlaşma deyil, Finlandiya və İsveçin Türkiyəyə təhlükəsizliklə bağlı söz verdiyi razılaşmadır.

Baymedia.az xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson NATO-ya üzvlüyün ratifikasiya prosesi ilə bağlı danışarkən deyib.

“Türkiyəyə söz verdiyimiz öhdəlikləri yerinə yetirəcəyik. Xatırlatmaq istərdim ki, gələn ilin yazında terrora qarşı yeni qanun layihəsinin qüvvəyə minməsi gözlənilir. Artıq məsələ ilə bağlı Türkiyə ilə danışıqlar gedir. Bu vəziyyət bizim NATO ilə birgə terrorizmə qarşı mübarizəyə qoşulmağımızın sübutudur”, - baş nazir bildirib.

İsveçin NATO üzvlüyünü təsdiqləmə prosesinin Türkiyə tərəfindən uzadılmasına toxunan Kristersson bildirib ki, məsələ artıq Ankaranın əlindədir:

“Mən Türkiyənin fikrinə hörmət edirəm. İsveç və Finlandiya olaraq Türkiyə ilə imzaladığımız müqavilə onların təhlükəsizliyinə çox ciddi yanaşdığımızı göstərir”.