• 6 Dekabr 2022
logo
Kremldə istefa dalğası başlayır – Səbəb

Kremldə istefa dalğası başlayır – Səbəb

Rusiya Prezident Administrasiyasının siyasi blokunda bütün seçki kuratorları dəyişdirilə bilər.
Baymedia.az xəbər verir ki, bu barədə “Meduza”ya Kremlə yaxın üç şəxs məlumat verib.
“İndi seçki kampaniyalarını Kremlin siyasi blokunun rəhbəri Sergey Kiriyenkonun yaxın adamı Aleksandr Xariçev aparır. Amma Xariçev tezliklə təqaüdə çıxacaq. Onun vəzifəsini sağlamlığına görə tərk edəcəyi bildirilsə də, bu yeganə səbəb deyil. Yüksək rütbəli təhlükəsizlik rəsmiləri Ukrayna ərazilərinin Rusiyaya birləşdirmək üçün keçirilən referendumdan sonra Xariçevin istefasında israrlıdırlar. Xariçev administrasiyasının məsuliyyət daşıdığı referendumlar rus ordusunun cəbhədəki məğlubiyyətləri səbəbindən dəfələrlə təxirə salınıb. Buna baxmayaraq, referendum sentyabrın sonunda baş tutdu, lakin artıq noyabrın əvvəlində rus hərbçiləri ilhaq edilmiş Xersondan geri çəkilməyə məcbur oldular. Xariçev və Prezident Administrasiyasının digər üzvləri daxili seçki ilə məşğul olarkən təhlükəsizlik qüvvələri bu işlərə xüsusi qarışmırdı. Referendumdan sonra hər şey dəyişdi. Təhlükəsizlik qüvvələri kampaniyalara xərclənən pulun miqyasından narazı qalıb, araşdırma tələb etdilər. Kremlin “referendum”un təşkilinə nə qədər xərclədiyi rəsmən məlum deyil”, - məlumatda deyilir.
Mənbələr mümkün varislər kimi Xariçevin hazırkı müavini Boris Rapoport və “Rosatom”un regional departamentinin rəhbəri Andrey Polosinin adını çəkib:
“Xariçevin özü də bir vaxtlar “Rosatom”da bu vəzifəni tutub. Polosin o zaman onun müavini idi”.