• 29 Noyabr 2022
logo
Rusiyalı deputat: Ermənistan qeyri-qanuni dövlətdir

Rusiyalı deputat: Ermənistan qeyri-qanuni dövlətdir

Rusiya Federasiyası Dövlət Dumasının hakim “Vahid Rusiya” fraksiyasının üzvü Yevgeni Fedorov Ermənistanı qeyri-qanuni dövlət adlandırıb.
Baymedia.az xəbər verir ki, o, bu barədə Rusiya KİV-lərindən birinə müsahibəsində deyib.
“Ermənistan SSRİ-dən qanuni yolla çıxdı? Yox. Deməli, bu, qeyri-qanuni dövlət qurumudur”, - o bildirib.
Rusiyalı deputat Oxu.az-a müsahibəsində isə fikrini belə əsaslandırıb:
“Ermənistan həqiqətən də SSRİ-dən qeyri-qanuni şəkildə çıxıb - bunu bir daha deyirəm, bu, faktdır. SSRİ-nin 1409 saylı qanununun proseduruna əməl edilmədi, xalq deputatları qurultayının qərarı yox idi. Yəni bu, qeyri-qanuni çıxışdır və qeyri-qanuni olduğu üçün sonradan dövlətçiliyin yaradılması qeyri-qanunidir. Mən əslində bundan danışdım. Və bu nəzərə alınmalıdır”.