• 28 Noyabr 2022
logo
Rusiyada ağır cinayətlərin sayı kəskin artdı

Rusiyada ağır cinayətlərin sayı kəskin artdı

Bu ilin yanvar-oktyabr aylarında Rusiyada silahla bağlı cinayətlərdə artım qeydə alınıb.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Ölkədə qeydə alınan mütəşəkkil dəstələr və ya cinayətkar birliklər tərəfindən törədilən ağır və xüsusilə ağır cinayətlərin sayı 21,5 % artıb. Silah, döyüş sursatı, partlayıcı maddələr və qurğulardan istifadə ilə qeydə alınan cinayətlərin sayı isə ötən illə müqayisədə 29,7% artıb”, -məlumatda bildirilib.

Maraqlıdır ki, bu cür cinayətlər ən çox Rusiyanın Ukrayna ilə sərhəd ərazilərdə qeydə alınıb:

“Sərhəd Kursk vilayətində bir il əvvəllə müqayisədə silahdan istifadə ilə bağlı cinayətlər 675% artıb. Sonrakı yerdə sərhəd Belqorod vilayəti və paytaxt Moskva gəlir. Bu iki regionda müvafiq olaraq 213% və 203% artım olub”.