ABŞ-ın Vaşinqton ştatında təyyarə qəzaya uğrayıb.
Baymedia.az xəbər verir ki, bu barədə “KİRO7” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Snohomiş dairəsində əkin sahəsinə düşüb.
Hadisə nəticəsində 4 nəfər ölüb.
Qəzanın səbəbi hələlik məlum deyil.