İranda etirazlar zamanı uşaqların öldürülməsi dəhşətlidir və dayandırılmalıdır.
Baymedia.az “Radio Fərda”ya istinadən xəbər verir ki, bu fikirlər UNİSEF-in 20 Noyabr - Ümumdünya Uşaqlar Günü ilə bağlı hazırladığı hesabatında qeyd edilir.
Hesabatda Yaxın Şərqdə və İranda uşaqlara qarşı zorakılığa toxulub. Bildirilir ki, ilin əvvəlindən Orta Şərqdəki qarşıdurmalarda azı 580 uşaq ölüb:
"Rəsmi məlumatlara çıxışın olmamasına baxmayaraq, sentyabrın sonundan bəri İranda ümummilli etirazlarda 50-yə yaxın uşağın öldüyü müəyyən edilib. İranda uşaqların öldürülməsi, yaralanması və saxlanılması ilə bağlı xəbərlərdən dərin narahatıq”, - hesabatda bildirilir.
Qeyd edək ki, son statistikaya əsasən, etirazlar zamanı 58-i uşaq olmaqla 402 nəfər öldürülüb.