• 11 Dekabr 2023
logo
Bu, Kreml üçün böyük strateji uğursuzluq oldu - Pentaqon

Bu, Kreml üçün böyük strateji uğursuzluq oldu - Pentaqon

Rusiya əsas döyüş tanklarının yarısını itirib və dəqiq idarə olunan silahlarının əksəriyyətini Ukraynaya qarşı müharibədə istifadə edib. Bütün bunlar Kreml üçün böyük strateji uğursuzluq oldu.
Baymedia.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl deyib.
"Moskva bu müharibədən daha zəif çıxacaq. Onlar fevral ayında tammiqyaslı işğalın başlanmasından bəri on minlərlə itki verib ki, bu, Sovet İttifaqının Əfqanıstanda itirdiyindən dəfələrlə çoxdur. Tətbiq edilən sanksiyalar və ixrac nəzarəti Rusiyanın öz ordusunu müharibədən əvvəlki səviyyəyə qaytarmasını çox çətinləşdirəcək. Putin bu müharibəyə Ukraynanı müstəqil, suveren, demokratik ölkə kimi məhv etmək cəhdi ilə girdi. O, uğursuz oldu və bu dəyişməyəcək. Suveren, müstəqil, demokratik Ukrayna yaşayacaq”.