• 27 İyul 2024
logo
Gürcüstanda ölkə miqyasında xüsusi əməliyyat keçirildi

Gürcüstanda ölkə miqyasında xüsusi əməliyyat keçirildi

Gürcüstan Daxili İşlər Nazirliyi narkotiklərlə mübarizə tədbirləri çərçivəsində oktyabrın 31-də bütün ölkəni əhatə edən xüsusi əməliyyat keçirib.
Baymedia.az xəbər verir ki, bu barədə nazirliyin mərkəzi kriminal polis departamentinin rəisi Teymuraz Kupatadze keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, nəticədə paytaxt Tiflis, Batumi şəhərləri də daxil olmaqla ölkənin bütün digər şəhərlərində narkotiklərin ölkəyə gətirilməsi və satışı ilə məşğul olan 10 nəfərdən çox qrup rəhbəri həbs edilib. Onların evlərindən və gizli məkanlarından böyük çəkidə heroin, kokain və digər narkotik vasitələr, eyni zamanda, bu maddələrin satışından əldə olunmuş xeyli məbləğdə pul vəsaiti götürülüb.
Saxlanılan şəxslər əsasən Gürcüstan, Ukrayna, Qazaxıstan və Rusiya vətəndaşlarıdır.
Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam edəcək.