• 4 Mart 2024
logo
Ukraynada “Bayraqdar” fabriki tikiləcək: Bu müddətdə yekunlaşacaq

Ukraynada “Bayraqdar” fabriki tikiləcək: Bu müddətdə yekunlaşacaq

Ukraynada müharibəyə baxmayaraq, “Baykar” şirkətinə məxsus fabrik inşa ediləcək.

Baymedia.az xəbər verir ki, bu barədə “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraqdar ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, inşaat işlərini 2 il ərzində tamamlamağı planlaşdırırlar:

“Hazırda fabrikin layihələndirmə mərhələsi başa çatıb. Tikintiyə başlamaq istəyirik. Ancaq ölkədə baş verən mövcud vəziyyətlə bağlı tikinti işlərini 2 il ərzində yekunlaşdırmağı planlaşdırırıq”.