• 5 Mart 2024
logo
Makron Şoltsu aşağılayır: Parislə Berlin üz-üzə

Makron Şoltsu aşağılayır: Parislə Berlin üz-üzə

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında fikir ayrılıqları, Şotlsun tənqid olunması Berlin və Paris arasında münasibətlərin tamamilə bitməsinə səbəb ola bilər.
Baymedia.az xəbər verir ki, bu barədə Almaniyanın “Velt” nəşri məlumat yayıb.
“İki ölkə arasındakı münasibətlər ən aşağı səviyyədədir. Onlar arasında enerji qiymətləri, hərbi layihələr və İspaniyadan Fransaya MidCat boru kəməri ilə bağlı əbədi mübahisələr davam edir. Fransa mediasının Almaniyaya qarşı kobud tonu idiliyanın sona çatmasından xəbər verir. Fransada Almaniyanı tənha yarışçı, tərəfdaşlarına əhəmiyyət verməyən eqoist ölkə adlandırırlar. Şotlsu tənqid etməklə, Makron kansleri küncə sıxışdırmağa çalışdı və Parisin fikri ilə hesablaşmaq lazım olduğunu açıq şəkildə bildirdi. Fransa-Almaniya münasibətlərindəki gərginlik fonunda kansler bu gün Parisdə Fransa prezidenti ilə görüşür. Amma ehtimal var ki, Makron Şoltsla birgə mətbuat konfransı verməkdən imtina edərək onu aşağılaya bilər”, - məlumatda deyilir.
Qeyd edək ki, Almaniya kanslerinin milli enerjiyə dəstək siyasəti Fransa prezidentini qəzəbləndirib. Paris Berlinin AB-dəki ən yaxın tərəfdaşı ilə ilkin məsləhətləşmələr aparmadığına və Amerika silahlarına üstünlük verdiyinə görə əsəbləşib. Makron hətta Şolts ilə planlaşdırılan görüşü də ləğv edib və kanslerin sözçüsü Fransa və Almaniyanın bəzi məsələlərdə ortaq mövqeyə gələ bilmədiklərini etiraf edib.