• 27 İyul 2024
logo
AB 2023-cü ildə Ukraynaya 18 milyard verəcək

AB 2023-cü ildə Ukraynaya 18 milyard verəcək

AB ölkələri Ukraynaya 1,5 milyard avro məbləğində aylıq maliyyə yardımının göstərilməsini müzakirə edir. Beləliklə, 2023-cü ildə yardımın 18 milyard avro səviyyəsində olacağı gözlənilir.
Baymedia.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
O bildirib ki, Ukraynanın cari büdcə xərclərini, xüsusən də həkimlərin, müəllimlərin və hərbçilərin maaşlarını ödəmək üçün ayda təxminən 3-5 milyard dollara ehtiyacı var.
“Ukraynanın güclü dəstəyə ehtiyacı var. AB bunu üzərinə götürməyə hazırdır və mən AB-nin Ukraynaya hər ay 1,5 milyard dollar dəstək verməsini təmin etmək üçün üzv ölkələrlə işləyirəm. Söhbət 2023-cü ildə 18 milyard dollardan gedir", - Leyen deyib.