• 27 İyul 2024
logo
Rusiya 1700 “Şahid” sifariş edib - Budanov

Rusiya 1700 “Şahid” sifariş edib - Budanov

Ruslar tərəfindən buraxılan İranın “Şahid-136” kamikadze dronlarının təxminən 30%-i Ukraynadakı hədəflərə çatır.
Baymedia.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Rusiya bu dronları daim sifariş edir. İndi işğalçılar 1700-ə yaxın dron sifariş ediblər. Birinci partiyada təxminən 300 ədəd dron çatdırılıb. İndi Rusiya ikinci partiyadan istifadə edir. Oktyabrın 22-də ruslar 330-a yaxın "Şahid"dən istifadə ediblər ki, onlardan 222-si vurulub, digərləri bu və ya digər dərəcədə öz məqsədlərinə çatıb. Atılan dronlardan yalnız 30%-i hədəfə çatıb. Ukrayna bu dronların 70%-ni vurub”, - o bildirib.