• 1 Mart 2024
logo
Ruslar bu tarixə kimi Baxmutu tutmaq istəyir – Malyar

Ruslar bu tarixə kimi Baxmutu tutmaq istəyir – Malyar

Rusiya ordusu oktyabrın sonuna kimi Baxmutu tutmağı planlaşdırır. Kremldəki rus generalları hərbçilərin qarşısına belə bir məqsəd qoyub.
Baymedia.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Ruslar tammiqyaslı işğal başlayandan bəri beşinci dəfədir ki, öz qoşunlarına Donetsk vilayətinin inzibati sərhədinə tam çatmaq üçün son tarix qoyurlar. İndi onların planı var ki, bu ayın sonuna kimi Baxmutu tamamilə işğal etsinlər. Hazırda Ukraynanın şərqində ən ağır döyüşlər Baxmutda gedir. Ukrayna Silahlı Qüvvələri Donbasda irəliləməyə davam edir, lakin ruslar da hücumu dayandırmırlar”, - o bildirib.