• 5 Mart 2024
logo
Ukrayna bir gündə İranın 26 PUA-sını məhv etdi

Ukrayna bir gündə İranın 26 PUA-sını məhv etdi

Gün ərzində Ukraynanın cənubunda 26 ədəd “Şahid-136” kamikadze dronu məhv edilib.
Baymedia.az xəbər verir ki, bunu Ukrayna Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat deyib.
“Dünən biz bu istiqamətdə 11 kamikadze dronunun məhv edildiyini açıqlamışdı. Saat 03:30-dan səhər 7:00-a kimi isə daha 15 dron vurulub. Bununla da gün ərzində “Cənub” operativ komandanlığının məsuliyyət zonasında 26 ədəd “Şahid-136” kamikadze dronu məhv edilib. Dronların məhv edilməsinə zenit-raket bölmələri ilə yanaşı, qırıcılar da cəlb olunub”, - İqnat bildirib.