• 4 Mart 2024
logo
Uolles Makronu ikiüzlü adlandırdı

Uolles Makronu ikiüzlü adlandırdı

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Fransanın Prezidenti Emmanuel Makronu son müsahibəsinə görə ciddi şəkildə tənqid edib.
Baymedia.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” məlumat yayıb.
“İkili siyasət yürütməkdə şübhəli bilinən Makron kartlarını üzə çıxarıb. O, bir tərəfdən AB ideyasına sadiqliyini ifadə edir, digər tərəfdən də Rusiya ilə əlaqələr saxlayır”,- nazir bildirib.
Qeyd edək ki, Makron ötən gün verdiyi müsahibəsində Rusiyanın Ukraynaya nüvə tətbiq edəcəyi təqdirdə belə Fransanın nüvə müharibəsinə qoşulmayacağını bildirib.