• 27 İyul 2024
logo
Rusiyalı milyarder Rusiyadan imtina etdi

Rusiyalı milyarder Rusiyadan imtina etdi

Rusiyalı milyarder Yuri Milner Rusiya vətəndaşlığından imtina etdiyini bildirib.
Baymedia.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.
“2014-cü ildə Krımın Rusiyaya ilhaqından sonra ailəmlə birlikdə Rusiyanı birdəfəlik tərk etdik. Və bu yay biz Rusiya vətəndaşlığından çıxmaq prosesini rəsmən başa çatdırdıq”, - o bildirib.
Xatırladaq ki, Milner rusiyalı milyarderlər siyahısında 15-ci yerdədir. Onun əmlakı 7,3 milyard dollar qiymətləndirilir.