• 1 Mart 2024
logo
Rusiya müharibənin xarakterini dəyişdi - Makron

Rusiya müharibənin xarakterini dəyişdi - Makron

Rusiyanın Ukrayna infrastrukturuna zərbələr endirməsi müharibənin xarakterini köklü şəkildə dəyişir.
Baymedia.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron qeyd edib ki, Parisə qayıdandan sonra vəziyyəti təhlil etmək üçün hərbi və diplomatik müşavirlərini çağıracaq:
“Fransa Kiyev tərəfindən formalaşdırılan hərbi texnika ilə bağlı ehtiyaclara cavab olaraq dəstəyini artıracaq”.