• 2 Mart 2024
logo
Rusiya Baxmutu buna görə almağa çalışır - Britaniya

Rusiya Baxmutu buna görə almağa çalışır - Britaniya

Rusiya Ukrayna müharibəsində ən azı müəyyən bir uğur nümayiş etdirməlidir. Buna görə də rus ordusu israrla Baxmutu almağa çalışır.
Baymedia.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Son bir həftə ərzində ruslar iki istiqamətdə şəhərə doğru 2 km-ə qədər irəliləyiblər. Ukrayna Silahlı Qüvvələri həm şimal-şərqdə, həm də cənubda Xerson vilayətində Rusiya qüvvələrinə təzyiq göstərməkdə davam edir. Hazırda Rusiya Donbasın mərkəzi sektorunda, xüsusən Baxmut şəhəri ərazisində apardığı hücum əməliyyatlarına üstünlük verir”, - məlumatda deyilir.