• 2 Mart 2024
logo
ABŞ elitası Rusiya ilə açıq qarşıdurmaya gedir

ABŞ elitası Rusiya ilə açıq qarşıdurmaya gedir

Vaşinqton səhvləri üzərində ciddi işlər görməlidir. Dünya hökmranlığı iddialarından əl çəkməli və Rusiyanın işlərinə qarışaraq əldə etdiyi uğursuz cəhdlərdən dərs almalıdır.

Baymedia.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusofob təfəkkürlü ABŞ elitası məntiqsiz düşüncə ilə Ağ Evi Rusiya ilə açıq qarşıdurmaya sövq edir. Əslində, söhbət beynəlxalq gərginliyi artıran ehtiyatsız xəttdən gedir. Bu "pis dairəni" qırmaq realdırmı? Əlbəttə, bəli. İrəliləmək üçün Vaşinqton səhvlər üzərində ciddi işləməli və dünya hökmranlığı iddialarından əl çəkməlidir”, - o bildirib.