• 1 Mart 2024
logo
Fransa vətəndaşlarına səsləndi: İranı tərk edin!

Fransa vətəndaşlarına səsləndi: İranı tərk edin!

Fransa Xarici İşlər Nazirliyi (XİN) İrandakı vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmək üçün çağırış edib.

Baymedia.az xəbər verir ki, bu barədə Fransa XİN bəyanat yayıb.

“İranda səfərdə olan Fransa vətəndaşlarının özbaşına saxlanma risklərini nəzərə alaraq, mümkün qədər ölkəni tez tərk etmələri xahiş olunur. Çünki həmin vətəndaşlarımız İranda həbs və ədalətsiz mühakimə riski ilə üzləşirlər”.

Qeyd edək ki, bundan əvvəl İranda keçirilən etiraz aksiyalarında doqquz avropalının saxlanıldığı məlum olub.