• 1 Mart 2024
logo
Sankt-Peterburqda Yeni il bayramı tədbirləri ləğv edildi

Sankt-Peterburqda Yeni il bayramı tədbirləri ləğv edildi

Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il və Miladla bağlı əvvəlcədən planlaşdırılmış bayram tədbirləri ləğv edilib.

Baymedia.az xəbər verir ki, bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, istisna hal kimi uşaqlar üçün hazırlanan bayram tədbirləri keçiriləcək.

Vurğulanıb ki, Saray meydanı və Nevski prospektində ənənəvi Yeni il konserti, atəşfəşanlıq olmayacaq, Milad Ulduzu atəş festivalı, eləcə də Tavriya sarayında xeyriyyə qəbulu təşkil edilməyəcək.

Qeyd olunub ki, Yeni il tədbirlərinin təşkili və keçirilməsinə sərf edilən vəsaitlər indi könüllülər və Rusiya Silahlı Qüvvələrinə səfərbər olanlar üçün əlavə avadanlıq alınmasına yönəldiləcək.