• 19 Mart 2024
logo
ABŞ-ın “cavab” atəşi: atdığı raket öz bazasına düşdü

ABŞ-ın “cavab” atəşi: atdığı raket öz bazasına düşdü - Video

ABŞ və Cənubi Koreya Şimali Koreyanın ballistik raket sınağına cavab olaraq bir-birindən bir neçə saat fərqlə 4 ATACMS taktiki raketinin buraxılışını həyata keçirib.

Baymedia.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, ATACMS raketlərindən bir neçə saat sonra amerikalı və koreyalı hərbçilər “Hyunmoo-2” ballistik raketinin buraxılışını həyata keçiriblər.

Lakin raket havaya qalxdıqdan sonra birbaşa buraxılışın həyata keçirildiyi bazanın ərazisinə düşüb.

Hadisə zamanı xəsarət alanlar olmayıb. Hərbçilər baş vermiş qəzaya görə üzr istəyiblər.