• 3 Dekabr 2022
logo
Paşinyanın Rusiyaya qarşı şok açıqlaması yayıldı

Paşinyanın Rusiyaya qarşı şok açıqlaması yayıldı

Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan komanda yoldaşları ilə söhbətində belə tezislər irəli sürüb ki, Rusiya bizim suverenliyimizi əlimizdən almaq istəyir, ona görə də biz onunla sağollaşıb Avropa və Amerikaya üz tutmalıyıq.

Baymedia.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

“Hazırda hakimiyyət ancaq antirusiya əhval-ruhiyyəsini yayır. Paşinyanın antirusiya təbliğatından reallıq hissini itirərək Kommunist Partiyasının üzvləri belə Rusiya ilə bütün əlaqələri yavaş-yavaş kəsib, avropalılara və amerikalılara sevgilərini nümayiş etdirməli olduqlarını gizlətmirlər. Maraqlıdır, iqtisadiyyatımızın böyük hissəsi Rusiyanın əlindədirsə və Rusiya sərhədçiləri Ermənistanın suveren ərazisinə nəzarət edirsə, onlar Rusiya ilə necə vidalaşmaq istəyirlər? Təbii ki, balanslaşdırılmış siyasət və dünyanın fövqəlgücləri ilə öz maraqlarını irəli sürmək fantastik bir şeydir, lakin bunun üçün ilk növbədə zəka və bacarıq lazımdır”, - məlumatda deyilir.